Ömrü yarıda, pulu havada qalanlar
Statistik məlumatlara əsasən, ölkəmizdə il ərzində vəfat edən kişilərin təxminən yarısı pensiya yaşına çatmayanlardır. Bu statistika yenidən pensiya yaşına çatmadan vəfat edənlərin pensiya kapitalının taleyi məsələsini gündəmə gətirir.
Azərbaycanda il ərzində 60 min 810 nəfər vəfat edib. Statistik məlumatlara əsasən, vəfat edənlərin 33 min 157 nəfəri kişidir. Vəfat edən kişilərin 47,8 faizi və ya 15 min 872 nəfəri 65 yaşına çatmadan dünyasını dəyişiblər. Başqa sözlə, ümumilikdə kişilərin təxminən 48 faizi pensiya yaşına çatmadan vəfat ediblər.
Xatırladaq ki, 2020-ci ilin iyul ayından etibarən Azərbaycanda kişilər 65 yaşından sonra pensiyaya çıxırlar. Statistikadan da göründüyü kimi, ancaq kişilərin böyük əksəriyyəti pensiya yaşına...
20.04.24 04:42
899