Sağlamlığımıza təhlükə yaradan marketinq gedişi
Aparılan tədqiqatlar göstərir ki, bəzi elektron siqaretlərin tüstüsündə toksik maddələrin səviyyəsi siqaret qədər olur. Həmin zərərli maddələrin hüceyrədaxili təsiri ola və onlar da xərçəng xəstəliyinə yol aça bilər.
Hazırda dünyada 34 ölkədə qadağan olunan bu məhsul, Azərbaycanda demək olar ki, çiçəklənmə dövrünü yaşayır. Söhbət elektron siqaretlərdən gedir. Uşaq, böyük, qadın, kişi - istənilən insanın əlində bu kiçik, rəngli alətlərə rast gəlmək olur. Siqaret aludəçiliyinə son qoymaq və istifadəçilərin nikotinə olan həvəsini cilovlamaq məqsədi ilə bazara çıxarılan bu məhsulun siqaret qədər zərərli olduğu deyilir. Üstəlik, bu fikirlər Ümumdünya Səhiyyə Təşkilatının məlumatında da yer alır. Əgər belədirsə, biz nə üçün qadağan etmirik? ...
11.05.24 02:48
75