Yaz gəldi, allergiya da kükrədi Yaz gəldi, allergiya da kükrədi
Həkim məsləhəti olmadan allergiyaya qarşı burun spreylərindən davamlı istifadə həyatımızı təhlükəyə atmaq deməkdir. Bu spreylərin bəzilərinin hətta 2-3 gündən artıq istifadə edilməsi qadağandır.
Yazın gəlişi ilə əlaqədar bir çox insanlarda asqırma, öskürmə kimi allergik reaksiyalar müşahidə edirik. Bu şəxslərin əksəriyyəti daima yanında sprey gəzdirir. Bir müddət sonra allergiya bitmiş olsa da, əlamətləri qalmaqda davam edir.
Simptomlar allergiyaya aid olmaya bilər
Allerqoloq Ramin Nərimanın sözlərinə görə, əslində yaz allergiyası deyilən xəstəlik yoxdur. Bu hallar allergik rinit, yaxud astmanın başlanğıc dövrüdür. Bu səbəbdən məlum şikayətləri olan şəxslər mütləq allerqoloqa müraciət etməli, problemlərini dəqiqləşdirməlidirlər: “Hansı bitkilərin tozlarına qarşı allergiya mövcuddursa, ona uyğun müalicə...
20.04.24 03:00
27