Tıxaclı Bakı bizə keçən əsrdən əmanətdir
Urbanist Anar Əliyev: “Əksər küçələrdə və şəhər mərkəzindən kənarda avtobus zolaqlarına nəzarət olunmur. Belə şəraitdə insanlar ictimai nəqliyyata inanmır və özlərinə maşın alırlar. İctimai nəqliyyat normal inkişaf etməlidir ki, şəxsi avtomobilin istifadəsi azalsın”
“Urbanistikanı doğru tətbiq etməliyik ki, şəhərlərimiz rahat və təhlükəsiz olsun”. Urbanist Anar Əliyev belə düşünür. O, müasir şəhər infrastrukturu, şəhərsalma, yol hərəkətinin təşkili və ictimai nəqliyyat haqqında Azərbaycanda ilk maarifləndirici layihə olan “İnsan yönümlü şəhərlər”in yaradıcısıdır. Müsahibimizin sözlərinə görə, adətən şəhərlər ya avtomobil yönümlü, ya da piyada yönümlü olurlar: “Avtomobil yönümlü şəhərlərdə ilk növbədə yollarda avtomobillərin rahat hərəkətinə şərait yaratmağa çalışılır. İnsanlar daha çox maşın alır, vəziyyəti...
20.04.24 01:04
23